Zəfəran Hospitaldan bütün vətəndaşlara tibbi dəstək

Əhalinin çətin günlər yaşadığı və evlərini tərk edə bilmədiyi bir zamanda, Zəfəran Hospital vətəndaşlara tibbi dəstək göstərməyi qərara aldı. Sağlamlığında yaranan problemlə əlaqədar həkimə getməli olan, lakin evlərini tərk etməkdə çətinlik və vaxt məhdudiyyəti yaşayan insanlar, əmin olaraq Zəfəran Hospitala müraciət edə bilərlər. Hospital tərəfindən ayrılmış dezinfeksiya olunmuş, həmiçinin də hər bir pasiyentdən sonra dezinfeksiya olunan, xüsusi sertifikatlı avtomobillər, pasiyenti birbaşa evindən götürərək, Hospitala gətirir. Burada isə xəstənin bütün tibbi problemləri həkimlərimiz tərəfindən dinlənir, uyğun diaqnoz və ya müayinə təyin olunur, daha sonra isə pasiyent Hospitalın dezinfeksiya olunmuş avtomobili ilə ünvanına çatdırılır. Mütəmadi olaraq pasiyentin vəziyyətinə nəzarət edilir və qeydiyyatı aparılır. 
Ölkənin məlum virusnan bağlı bu çətin vəziyyətində, insanlara ən çox gərək olan tibbi dəstəkdir. Zəfəran Hospital olaraq, hər bir pasiyentimizə hər cür tibbi dəstəyi göstərməyə hazırıq!
 
DAHA SAĞLAM BİR SABAH ÜÇÜN! 
#evdeqal #saglamqal

Əlavə məlumat almaq və qəbula yazılmaq üçün:



Wp və mob: (+994 55) 909 99 77
call centre * 9977
(+994 12) 514 40 00
zeferanhospital.az
Bakı ş, Nərimanov r-nu, Asif Məmmədov 30