“ZƏFƏRAN HOSPİTAL”ın laboratoriya şöbəsi 2015-ci ilin noyabr ayından fəaliyyət göstərir. Laboratoriyamız İsveçrə, Yaponiya, USA istehsalı olan son model yüksək keyfiyyətli avadanlıqlarla təchiz olunmuşdur. Burada hematologiya, immunologiya, klinik biokimya, sitologiya şöbələri fəaliyyət göstərir. Hər bir şöbənin işi xüsusi kontrol sistem və testlərlə yoxlanılaraq alınan nəticələrin dəqiqliyi təmin edilir. Laboratoriyamızda yalnız yüksək peşəkar həkim və orta tibb personalı çalışır. Laboratoriya aşağıdakı bölümlərdən ibarətdir:
1. Hematoloji analizlər
2. Kliniki analizlər
3. Koaquloqramma
4. Biokimyəvi analizlər
5. İmmunoloji analizlər
6 .Hormonal analizlər
7. Onkomarkerlər
8. Bakterioloji analizlər
9. PZR analizlər
Hematoloji analizlər Sismex KX 2000İ analizatorunda, biokimyəvi analizlər Cobas C-311, immunoloji və hormonal analizlər Cobas E-411, sidiyin ümumi analizi Cobas U-411 tam avtomat cihazlarında aparılır. Qanın laxtalanma sisteminin faktorları Sysmex CA-104 analizatoru vasitəsi ilə təyin olunur. Kliniki analizlər şöbəsi isə yüksək optik linzalar sistemi və monitorla təchiz olunmuş mikroskoplarla təmin edilmişdir. Laboratoriyamızda yalnız beynəlxalq standartlara uyğun avadanlıq və yüksək keyfiyyətli reagentlərin istifadəsi aparılan analizlərdə dəqiq nəticələr əldə etməyimizə imkan verir.
İsveçrənin "Hoffman La Roche" şirkətinin istehsalı olan "Cobas e411 HİTACHI" immunokimyəvi analizatoru
Roche şirkətinin istehsalı olan tam robotlaşdırılmış immunokimyəvi elektroxemilüminisstent avtomat analizator geniş spektrli analizlərin qoyulması üçün imkan yaradır.
Burada hazır xüsusi kassetlərdə yerləşən reagentlərdən istifadə olunur. İndividual ştrix kodun oxunmasına əsaslanan avtomatik proqramlaşdırma texnologiyası və fasiləsiz analizlər etmək imkanı rahat iş şəraitinə gətirib çıxarır.
Cihazın avtomatik proqramlaşdırılması üçün bütün lazımi məlumatlar, analiz üsulu və kalibrasiya əyriləri üzrə göstəricilər ID və 2D-ştrix kodları vasitəsilə daxil edilir.
Tam avtomat qapalı sistem aparılan analizlərdə son dərəcə dəqiq nəticələr əldə etməyə imkan verir. Analizator nümunə və kalibratorlar üçün 30 mövqeli disk konfiqurasiyası və 75 mövqeli ştativ konfiqurasiyasına malikdir.
Yeni XT-2000i hemotoloji anaizatorunun iş prinsipi ən son metodlardan sayılan axıcı sitoflüorimetriya üsuluna əsaslanmışdır. Analizatorla dəqiq nəticə əldə etmək,həm normal ,həm də patoloji qan nümunələrinin analizi mümkündür. Tam avtomatlaşdırılmış 30 parametrli tam şəkildə leykositar formulanı çıxaran və retikulositlərin sayılmasını təmin edən analizator nəticələrin dəqiqliyi üçün zəmin yaradır.
CA-104 koaqulometri analizlərin yüksək məhsuldarlığını və keyfiyyətini təmin edir. Analizatorda laxtalanma prosesinin müxtəlif testlərini aparamaq mümkündür. Koaqulometr eyni vaxtda ixtiyari qaydada 5 seçilmış parametr üzrə sınaq tədqiqatlarının aparılmasına imkan yaradır.
Roche Cobas C-311 avadanlığında müxtəlif biokimyəvi analizləri təhlil etmək mümkündür.
Geniş reagent menyusuna malik olan Cobas C-311 biokimyəvi analizatorunda fermentlərin,substratların,spesifik zülalların , həmçinin xüsusi testlərin aparılması mümkündür.
Cobas C-311 analizatorunda reagent nümunələri xüsusi elektron ştrixlər vasitəsi ilə kodlaşdırılır və reagentlərin hazırlanmasında operator iştirakı tələb olunmur.Hər bir universal kasset özündə biokimyəvi reaksiya üçün lazım olan bütün inqrediyentləri cəmləşdirir.Bir kassetin köməyi vasitəsi ilə 800 test təyin olunur. Tam qapalı avtomat system tədqiq olunan material üzrə dəqiq nəticələr əldə etməyə imkan verir.
İsveçrənin "Hoffman La Roche" şirkətinin istehsalı olan "Cobas U411 HİTACHI" sidik analizatoru
Bu analizator ölçmə prosessini gözləmədən test zolaqlarını fasiləsiz surətdə yükləməyə imkan verir. Bir saatda 600 test işləmək mümkündür. Aparatın sadə kolibrasiya və idarəetmə sistemi vardır. Cobas U-411 vasitəsi ilə sidiyin biokimyəvi analizi, ph, xüsusi çəkisi, rəngi təyin olunur. Xüsusi istifadəçi interfeysli, sensorlu display, test zolaqlarının avtomatik seçilməsi, müayinələrin sürət və keyfiyyətini daha da artırır. Kontrol test zolaq sistemi nəticələrin dəqiqliyinə zəmanət verir.