“ZƏFƏRAN HOSPİTAL”ın Radiologiya şöbəsi SİEMENS MAGNETOM AERA (A Tim+Dot System) 1,5Ts Maqnit Rezonans Tomoqrafiya,  SİEMENS SOMATOM DEFİNİTİON  AS 64 slice Kompyuter Tomoqrafiya və CARESTREAM CR sistemli LUMİNOS SELECT Rentgen cihazları ilə təhciz olunmuşdur.

SİEMENS MAGNETOM AERA (A Tim+Dot System) 1,5Ts MRT cihazında 3D (üç ölçülü angioqrafik, xolangioqrafik və s. görüntülər almağa imkan verir); COMPOSİNG: (müxtəlif nahiyyələrin görüntülərini bir proyeksiyada cəmləyir; məsələn boyun, döş və bel fəqərələrinin ayrı-ayrılıqda çəkilmiş görüntülərindən vahid onurğa sütunu görüntüsü əldə etməyə imkan verir); SPECTROSCOPY; PERFUSİON  HEART: (ürəyin morfoloji, funksional və perfuzyon müayinələrini etmək mümkündür); Dot Engine: (tam avtomatikləşdirilmiş Head Dot Engine MRİ texnikası); Maplt: (oynaq səthlərinin qığırdaq toxumalarının həyatilik qabiliyyətini ölçmək imkanı verir) proqramları var.Bundan əlavə MRT cihazımız Non maqnetik Dräger anesteziya cihazı ilə dəstəklənmişdir və bunun köməyi ilə pasientləri anesteziya altında da MRT müayinəsi etmək imkanımız var.

SİEMENS SOMATOM DEFİNİTİON  AS - 64 slice KT cihazında 3D (Virtual); Angiography (eyni zamanda Coronal Angiography); Ca Scoring; Virtual Endoscopy: (Virtual KT endoskopiyası); CT Stomatology və s. proqramları var.

LUMİNOS SELECT -  Rentgen cihazı CARESTREAM CR sistemi ilə dəstəklənmişdir ki, bu sistem keyfiyyətli Rentgen filmləri çəkmək, filimlər üzərində Post processing əməliyyatlar aparmaq üçün geniş imkanlar yaradır.Radioloji cahazlarımız PACS sisteminə qoşulub; aparılan müayinələr bu şəkildə arxivlənərək qorunur və istəyə əsasən görüntüləri online mübadilə imkanımız var. 

Radiologiya Şöbəsinin göstərdiyi xidmətlər

Qəbula yazıl