Vakansiyalar

Gecə qeydiyyatçısı
"Gecə qeydiyyatçısı" vakansiyası üzrə işçi axtarışındayıq. Vəzifə öhdəlikləri: • Müştəri sorğularının qeyd edilməsi və sorğuların müvafiq cavablandırılması; • Müştəri sifarişləri və şikayətlərinə baxılması, həlli və müvafiq istiqamətlərə yönləndirilməsi; • Müştərilərə tam dolğun məlumat verilməsi. Namizədə tələblər: • Yaş: 22-35; • Gecə növbəsində işləmə imkanı; • Ali/orta tibb təhsil; • Təcrübə vacib deyil; • Cəld, dəqiq və məsuliyyətli; • Dinamik və komandada işləmək bacarığı. İş şəraiti: • İş qrafiki: 17:00-09:00 • Əmək haqqı: 300 AZN-dən başlayır • İş yeri: Bakı şəhəri, “Zəfəran” Hospital. Üstünlüklərimiz: • İşçilər Azərbaycan respublkasının Əmək Məcəlləsinə əsasən rəsmi qaydada qeydiyyata alınır. • Şirkətdə keryera yüksəlişi və müxtəlif perspektivlər mövcuddur. Maraqlanan namizədlərdən mövzu hissəsində “gecə qeydiyyatçısı” qeyd etməklə cv@zeferan.az ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır. Əlavə məlumat üçün: +994(55) 455 84 04 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Tibb bacısı
"Zəfəran Hospital" klinikasına Təcili Yardım, Stasionar, Poliklinika şöbələrinə tibb bacısı (tibb qardaşı) vakansiyası üzrə işçilər tələb olunur. CV lərinizi mətnin sonunda yerləşən "Müraciət et" bölməsində doldurun. Təqdim edilmiş CV-lər (rezümelər) nəzərdən keçirilib qeydiyyata alınacaqlar. Şirkətdə yeni vakansiya yaranan kimi, əgər namizədin təhsil səviyyəsi, əmək təcrübəsi, bilik və bacarıqları onun arzuladığı vəzifəyə müvafiq olacaqsa, onda bu namizəd müsahibəyə dəvət ediləcəkdir.