Funksional diaqnostika


ULTRASƏS MÜAYİNƏSİ
Ginekologiya və mamaliqda ən böyük problemlərdən biri dünyaya gələcək körpədə ehtimal olunan qüsurların və xəstəliklərin öncədən aşkar edilməsidir. Hamiləliyin daha kiçik müddətində dölün inkişaf qüsurları və patologiyaları haqqında əvvəlcədən informasiya almaq isə hamiləliyin saxlanması və ya pozulması kimi məsuliyyətli bir qərarın qəbul edilməsində böyük rol oynayır. Ultrasonoqrafiya sahəsində texnologiyanın son nailiyyətlərindən, en son modellerden olan 3D-4D rejimli və bir çox üstünlükləri olan proqramlara malik “ VOLUSON-E 8 EXPERT ” aparatı dölün inkişafı ilə bağlı dəqiq və ətraflı məlumat əldə etmək imkanı yaradır. 
VOLUSON-E 8 EXPERT ” aparatının üstünlükləri: 
1.Üzdə olan qüsurlar(dovşandodaqlıq,qu rdağızlıq)
2.Döldə olan həcmli törəmələr
3.Ətrafların anomaliyaları
4.Skeletin inkişafında olan qüsürlar
5.Qarnın ön divarının deffektləri
6.Xromosom patologiyaları(Daun sindromu-T21.T18 və.s)
7.Beyində qüsürları (fetal neyroskrining )
8.Qastrointestinal sistemi(mədə-bağırsaq) anomaliyaları
9. Respirator (tənəffüs) sistem anomaliyaları
10.Sidik cinsiyyət sistemi anomaliyaları
11.Dölyanı mayenin dəyərləndirilməsi
12.Multipl hamiləliklərin dəyərləndirilməsi
13.Müxtəlif ürək qüsurları (fetal kardioskrining)
14.Xarici cinsiyyət orqanlarının qiymətləndirilməsi
15.Ciftdə olan patologiyalar
16.Döl-ana qan dövranının dəyərləndirilməsi (doppler)
17.Dölün inkişafı

Bundan əlavə ginekologiyada da genis istifade olunur,daxili cinsiyyət orqanlarinin anomaliyalarinin qiymətləndirilməsində bu rejim informativdir

Bununla yanaşı hal hazirda USM müayinəsinin son nailiyyətlərindən biri də prenatal dopplerometriyadi.Prenatal  dopplerometriya nədir?
Prenatal dopplerometriya qan damarlarının(göbək ciyəsi arteriyası,sağ və sol uşaqlıq arteriyaları,orta beyin arteriyası və s.) dəqiq anatomik yerləşməsini ,diametrini,qan axınının istigamətini və sürətini təyin etməklə,cift qan dövranında olan çatmamazliqları əvvəlcədən qiymətləndirməyə imkan verir,eyni zamanda müalicə həkiminin müalicə taktikasına düzgün istiqamət verir.

Bir sözlə, 4D rejimli USM aparatı və prenatal dopplerometriya təkcə anaların sağlamlığına deyil, körpələrin sağlam doğulmasına da şərait yaradan əvəzsiz müayinə metodudur.