14.02.2026 tarixində Zəfəran Hospitalda Dr. Aslan Abdullayev tərəfindən illik toplantı keçirilib.
Bu görüş ötən il Hospitalımızda reflüks və axalaziya xəstəliyinə görə əməliyyat olunan xəstələrin nəticələrini öyrənmək, onların həyat keyfiyyətini qoruyub saxlamaq və yaxşılaşdırmaq məqsədilə keçirilib.
Xəstələrin hər biri haqqında ətraflı məlumat alaraq, onlara bundan sonrakı davranış qaydaları haqqında son təlimatlar verilib. Bundan əlavə, müalicə metodlarımız haqqında zalda əyləşən iştirakçılara ümumi məlumat verilib.