Təcili yardım Şöbəsi
Təcili tibbi yardım xidməti hospitalımızda 7/24 fəaliyyətdədir. Respublikamızın və şəhərimizin istənilən yerindən ən qısa müddət ərzində bütün modern avadanlıqla təchiz olunmuş təcili tibbi yardım maşınları ilə pasientlərin hospitala təxliyyəsi mümkündür. Multidisipliner xidmət verən təcili tibbi yardım bölümündə ehtiyac olduğu hallarda bütün bölümlərimizdən uzman həkimlərimiz də ən qısa müddət ərzində işə cəlb olunur. Ağır durumlarda olan xəstələrə lazımi tibbi müdaxilələr göstərilir və müdaxilə sonrası ehtiyac olarsa xəstənin hospitalda qalıb müalicəsi davam etdirilir.
Biokimyəvi, mikrobioloji və radiologiya bölümlərinin 7/24 fəaliyyətdə olması təcili tibbi yardıma gələn pasientin anında gərəkən müayinələrdən keçməsini təmin edir.
Ən son texnoloji avadanlıqlarla təhciz olunmuş təcili tibbi yardım şöbəmizdə pasientin vaxt itirmədən lazımi tibbi müayinələrdən keçməsini və yerindəcə gərəkən müdaxilələrin edilməsini təmin edir.
Uzman radioloqların dəstəyi ilə birlikdə MRT, KT, ultrasəs müayinələri 7/24 aparılır.