Angioqrafiya labaratoriyasında müasir standartlara cavab verən ən son texniki avadanlıq və cihazlarla Koronar və Periferik angioqrafiya ( ürək və ürəkdən çıxan damarların görüntülənməsi), Angioplastika (damarların balon və ya stentləmə üsulu ilə açılması) , Perikard punksiyası ( ürəyin ətrafına toplanmış mayenin xüsusi kateterlərlə boşaldılması) və ürəyin sağ boşluqlarınn kateterizasiyası ( boşluqların təzyiqinin və oksigen saturasiyasının ölçülməsi) 24 saat ərzində yüksək peşəkar komanda tərəfindən icra olunur.