Ginekoloq
İxtisası:
Cərrah-endoskopist – ginekoloq
Təhsili:
1988-1994 Azərbaycan Tibb Universiteti müalicə - diaqnostika fakultəsini fərqlənmə ilə bitirib.
1994-1996 Elmi-tədqiqat Mamalıq və Ginekologiya İnstitunda kliniki ordinatura keçib.
Kurslar:
1999-2000 Rusiya Federasiyasının Moskva şəhərində İ.M.Seçenov Adına Birinci Moskva Dövlət Tibb Universitetində Ginekoloji – laparoskopik cərrahiyyə üzrə kurs keçmişdir.
2010 Fransada Klermon-Feran şəhəri CİCE Universitet klinikasında ginekoloji endoskopik cərrahiyyə kursu keçib.
2013 Fransada Strasburq şəhəri Avropa Endoskopik Cərrahiyyə Mərkəzində ginekologiya üzrə endoskopik cərrahiyyə kursu.
2014 İtaliyanın Milan şəhərində Operativ histeroskopiya kursu keçmişdir.
2015 ABŞ New York şəhəri Richmond Universitetində endoskopik ginekoloji kursda iştirak etmişdir.
2016 ABŞ Vaşinqton şəhəri Corc Vaşinqton Universitetində endoskopik ginekoloji kurs.
İş təcrübəsi:
1996-1999 Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda elmi işçi vəzifəsində çalışıb.
2001-2017 5 nömrəli doğum evində laparoskopik ginekoloq cərrah vəzifəsində çalışıb. Leyla Medical Center-də laparoskopik ginekoloq cərrah vəzifəsində çalışıb.
2001-2016 “City Hospital“ , “Medilux“ , “N.Tusi adına klinika“ , “Oksigen“ , “Baku Medical Plaza“, “Modern Hospital“, “International Medical Centre 1“, “International Medical Centre 2”, “German Hospital”.
2017-ci ildən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında endoskopik cərrah-ginekoloq vəzifəsində çalışır.
Azərbaycanda ginekologiya sahəsində endo – cərrahi əməliyyatları həyata keçirməyə başlayan ilk həkimlərdən biridir. Kiçik çanaq orqan xəstəliklərinin müalicəsində və endoskopik cərrahiyyəsində 25 illik böyük təcrübəyə malikdir. Bütün növ histeroskopiya və laparoskopik cərrahi əməliyyatları yüksək səviyyədə həyata keçirir.