
Ultrasəs müayinəsi - səs dalğaları yüksək frekanslı və insan qulağının eşitməyəcəyi səs dalğalarıdır.
Ultrasəs - tibbin bütün sahələrində istifadə olunan çox faydalı bir görüntüləmə metodudur. Səs dalğaları olduğuna görə bütün insanlar, həmçinin hamilələrdə və yeni doğulan körpələrdə də istifadəsi zərərsizdir. Ultrasəs müayinəsi qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin müayinəsini, damarların rəngli doppleri və s .həyata keçirir.
Ultrasəs müayinəsi Zəfəran hospitalda - ultrasəslə müayinə kabineti tibbin ən son metodları ilə təchiz olunub. Klinakada tətbiq edilən unikal, funksional “voluson- E8” ultrasəs aparatı xəstəliklər haqqında dəqiq və ətraflı məlumat əldə etmək imkanı yaradır.
Ultrasəs müayinə (USM) səs dalğalarından faydalanaraq daxili orqanların görüntüləmə üsuludur. Son illər ərzində Ultrasəs müayinəsi əvəzolunmaz bir müayinə olaraq tibbə daxil olmuş və orqanizmə zərərsiz olduğunu təsdiqləmişdir. Daha informativ və praktiki cəhətdən zərərsiz olan bu metod qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin, süd vəzilərinin və s. orqanların Ultrasəs müayinəsi geniş istifadə edilir.
Hamiləliyin gedişini izləmək üçün bu metod əvəzedilməzdir. Ultrasəs müayinə yalnız hamiləliyin mövcudluğunu müəyyən etmək deyil, həmçinin embrionun inkişafını müşahidə etmək, donmuş hamiləliyi, uşaqlıq xaricində hamiləliyi vaxtında aşkar etmək, dölün xromosom patologiyasının mövcudluğundan şübhələnmək imkanını verir.
Doppleroqrafiya -Doppler effektinə əsaslanan müayinə üsuludur. Doppler ultrasəs yeni nəsil ultrasəs cihazlarında aparılır. Bu zaman vücuda göndərilən səs dalğaları damarlarda hərəkət edən qan hüceyrələrinə dəyib qayıtdıqda əldə edilən axın formalarının köməyi ilə qan axınının hemodinamik göstəriciləri təyin oluna bilər. Hamiləlik vaxtı doppleroqrafiya vasitəsilə dölün qan dövranı, habelə cift və göbək ciyəsi barəsində dəqiq informasiya almaq olar.
Rəngli doppler müayinəsi
- Beyinə qan daşıyan böyük damar daralmalarında və trombların aşkarlanmasında;
- Hamiləlik təqibində uşağın və ananın risk altında olub-olmadığının dəyərləndirilməsində;
- Yüksək təzyiqin böyrək mənşəli olub-olmadığının araşdırılmasında;
- Qaraciyər sirrozunda detalların təsbitində;
- Ətrafların damar xəstəliklərində əvəz olunmazdır.
Klinikada aparılan müayinələr:
§ · Damarların ultrasəs müayinəsi:
- Baş-boyun arteriyalarının rəngli doppleroqrafiyası;
- Aşağı və yuxarı ətraf vena və arteriyaların doppleroqrafiyası;
§ Qalxanvari vəzin, paratireoid vəzilərin və regional limfa düyünlərinin USM-i;
§ Süd vəziləri və regional limfa düyünlərinin USM-i;
§ Qarın boşluğu orqanlarının : qaraciyər, öd kisəsi, öd yolları, mədəaltı vəzi, dalaq USM-i;
§ Böyrək, böyrəküstü vəzi, peritonarxası boşluq, aortanın abdominal hissəsinin USM-i;
§ Prostat vəzin USM-i (transabdominal, transrektal);
§ Sidik kisəsinin USM-i, qalıq sidiyin təyini;
§ Skrotal USM;
§ Skrotum damarların doppleroqrafiyası;
§ Ginekoloji USM (transabdominal, transvaginal);
§ Hamiləliyin USM I, II, III trimestrdə uşaqlıq-plasentar qan dövranının dopplerometriyası;
§ Yumşaq toxumaların USM-i;
§ Tüpürcək vəzilərin USM-i;
§ Periferik limfa düyünlərinin USM-i
§ Göz almasının USM-i;
Pediatriyada
- Bud-çanaq oynağının USM-i
- Neyrosonoqrafiya
US müşahidəsi ilə qalxanabənzər vəzin, tüpürcək vəzilərin, dərialtı törəmələrin və s. diaqnostik incə iynə punksiya biopsiyası mümkündür.
Həmçinin bu avadanlıqlarda ultrasəs dalğaların köməyi ilə elastometriya müayinəsini də aparmaq mümkündür.
Elastometriya daxili orqanların toxuma sıxlığını göstərir və toxumanın fibrozlaşma dərəcəsini təyin edir. Bu da bir sıra (qaraciyər, süd vəzi, qalxanabənzər və s.) xəstəliklərin diaqnostikasında vacibdir.